Müdafiə Nazirliyinin məlumatı

post-img

Ermənistan müdafiə nazirliyinin yalanı

Oktyabrın 2-si saat 14:25 radələrin­də Azərbaycan Ordusunun bölmələri tərəfindən, guya, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamə­tində yerləşən bölmələrinə ərzaq apa­ran avtomobil texnikasına atəş açılma­sı barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. 

Bu barədə Müdafiə Nazirliyinin mət­buat xidmətindən məlumat verilib.

“Ermənistan müdafiə nazirliyinin yay­dığı bu məlumatı qəti surətdə təkzib edi­rik”, – məlumatda qeyd edilib.

123 mina zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühən­dis-istehkam bölmələri tərəfindən Qa­rabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, lokal xarakterli antiter­ror tədbirləri başa çatdıqdan sonra Azər­baycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsiz­lik qaydalarına riayət olunmaqla zərərsiz­ləşdirilib.

Qeyd olunan ərazilərdə mühəndis tə­minatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

Ermənilər mövqelərimizə partlayıcı vasitələr atıb 

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələ­rinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətin­də yerləşən mövqelərindən Azərbay­can Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi is­tiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan başqa, qeyd olunan is­tiqamətdəki mövqelərimizin üzərinə dö­yüş kvadrokopterləri vasitəsilə əldəqayır­ma partlayıcı vasitələr də atılıb.

Bölmələrimiz itki verməyib, qeyd olu­nan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Qazaxıstanın hərbi gəmiləri Bakıda

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasın­da imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri­nin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçiri­lir.

Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan–Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.

Qarabağda müsadirə edilmiş döyüş vasitələri

Müdafiə Nazirliyi Azərbaycanın Qa­rabağ bölgəsində keçirilən lokal xarak­terli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə oktyabrın 2-si saat 18:00-a olan məlumatı açıqlayıb. Məlu­matı təqdim edirik:

SİLAHLAR

1. Atıcı silahlar – 2608

2. Qumbaraatanlar – 235

3. Top və haubitsalar – 60

4. Minaatanlar – 64

5. Tank əleyhinə silahlar – 58

6. HHM silahları – 165

TEXNİKA

1. Zirehli texnika – 31

2. Avtomobil texnikası – 265

3. Qoşqular – 23

4. Yardımçı texnika – 9

DÖYÜŞ SURSATLARI

1. Raketlər – 1700

2. Top və haubitsa mərmiləri – 5177

3. Zenit top mərmiləri – 31771

4. Minaatan mərmiləri – 12806

5. Qumbaralar – 5880

6. Əl qumbaraları – 3068

7. Patronlar – 2009970

8. Digər sursatlar – 5778

CİHAZLAR

1. Optik cihazlar – 314

2. Digər cihazlar – 38

TƏCHİZAT

1. Fərdi təchizat vasitələri – 1027

2. Müxtəlif silahların qurğuları – 15

3. Digər təchizat vasitələri – 3323

XQ

Son xəbərlər