“Bakı Təşəbbüs Qrupu”nun BMT-dəki müzakirələri dünya mediasında

post-img

“Bakı Təşəbbüs Qrupu” tərəfindən sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının qərargahında keçirilən “Dekolonizasiya: Sakit inqilab” adlı konfrans dünya mediasında, xüsusən, Fransanın müstəmləkəsi olan ölkələrin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, həmçinin sosial şəbəkələrdə böyük rezonans doğurub. 

“France-Antilles” nəşrin­də dərc olunan Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı­nın nümayəndəsi Jan-Yacob Bisepin "Qvadelupa mütləq tarixin qatarına minməlidir" sərlövhəli müsahibəsində təd­birin əhəmiyyəti vurğulanıb. Nəşrin müsahibi qeyd edib ki, Qvadelupanın UPLG təşkilatı “Bakı Təşəbbüs Qrupu”nun dəvəti ilə BMT-nin kürsüsün­dən adanı, onun müstəmləkəçi keçmişini və indiki nəticələrini təqdim edib. O əlavə edib ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı hələ də neokolonistlərin hökmranlı­ğı altında olan ölkələrin qur­tuluşuna töhfə vermək üçün təşəbbüs qrupunu dəstəklə­yir. 2023-cü il iyulun 4-də bu məsələ Bakıda müzakirə edi­lib və mövzu ilə bağlı işlərin davam etdirilməsi üçün BMT-nin mənzil-qərargahında ikinci toplantının təşkili qərara alınıb. 

J.Bisep vurğulayıb ki, kon­fransın Yekun Bəyannaməsin­də Qvadelupanın müstəmləkə əsarətindən azad edilməsin­də Qoşulmama Hərəkatının dəstəyi əks olunub. 

“La1ere.Francentvinfo” nəşrində Qvadelupa Milli Al­yansının (GNA) təmsilçisi Natali Minatçinin konfransın yekunları ilə bağlı fikirləri dərc olunub. Alyansın nümayəndəsi qeyd edib ki, 1945-ci ildə BMT yarananda dünya əhalisinin təxminən üçdəbiri, yəni 750 milyon insan müstəmləkəçi dövlətlərdən asılı idi. O vaxt­dan bəri 80-dən çox keçmiş müstəmləkə müstəqillik qa­zandı və BMT onların dekolo­nizasiyasını təşviq etmək üçün geniş işlər gördü. Bu fəaliyyət indi də davam edir. Bu kon­tekstdə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının səyləri, xüsusən “Bakı Təşəb­büs Qrupu”unun fəaliyyəti təq­dirəlayiqdir. 

“Musulmans en France” nəşrində konfransın əhəmiyyə­ti ilə bağlı dərc edilən material­da diqqətə çatdırılıb ki, Fransa bütün dünyada müstəmləkələ­rindən məhrum olur və bu pro­ses 1955-ci il sentyabrın 30-da Əlcəzairdən başlayıb. 

Yazıda qeyd olunub ki, bu günə qədər BMT 17 ərazinimüstəmləkəçi güclərdən asılıolaraq tanıyır. Məqalədə vur­ğulanıb: “Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda ke­çirilən 78-ci Baş Assamble­yasında hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azər­baycan Qvadelupa nümayən­də heyətini dekolonizasiya ilə bağlı iclasda iştirak etməyə dəvət etdi, bu iclasda “son Fransız koloniyaları məsələ­si” müzakirə edildi. Bu dəvət Qoşulmama Hərəkatının (Azərbaycan Respublikasının sədrlik etdiyi) Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş birinci konfrans zamanı qəbul edilmiş qərardan sonra verilib. 

“Madinin-art”, “Caraibcre­ole”, “Le Club de Mediapart” “Angladvoup” portalları , “Jus­tice” jurnalında “Dekoloniza­siya: Sakit inqilab” adlı konf­ransın Yekun Bəyannaməsinin mətni dərc edilib. 

“Bakı Təşəbbüs Qrupu” və Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki son Fran­sa müstəmləkələrinə qarşı fəaliyyət göstərən təşkilatlar xalqlarımız arasında zəruri həmrəyliyin möhkəmləndiril­məsi və Qoşulmama Hərəkatı ilə əməkdaşlıq əlaqələrinin qu­rulması məqsədilə öz işlərini davam etdirəcəklər”, – deyə Bəyannamədə vurğulanıb.

XQ

Son xəbərlər