Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

post-img

Çox yaxın zamanda “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək.

Bunu “Baykar” şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

S.Byraktar bildirib ki, azərbaycanlı pilotlar və texniklər çox uğurlu şəkildə təhsillərini tamamlayıblar. Buna görə də yaxın zamanlarda həmin “Akıncı” PUA-ları Azərbaycana təhvil veriləcək.

Son xəbərlər