Səhiyyə Nazirliyi: Antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələrindən sonra müəyyən ediləcək

post-img

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il sentyabrın 19-dan 20-dək həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları, 1 nəfər isə mülki şəxsdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmə­tindən verilən məlumata görə, 11 nəfə­rin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda, lokal antiterror tədbir­ləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.

XQ

Son xəbərlər