Xatirə Kitabının 2-ci cildi nəşr olunub

post-img

“44 gün – Tarixi zəfər” adlı kitabın F-L hərfləri üzrə II cildində 1000-ə yaxın şəxs haqqında ensiklopedik məlumat yer alıb. Kitab 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap edilib. 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Respublika Xa­tirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamə­dir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bü­tövlüyü uğrunda gedən döyüşlərdə hə­lak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında əhatə­li materiallar dərc edilir. 

Respublika Xatirə Kitabının indiyədək 20-yə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürül­müş vətəndaşlarımız haqda 4 cildlik kitab hazırlayıb, onlardan 3-ü çap olunub, 4-cü cild çap ərəfəsindədir. Eyni zamanda, re­daksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının əbədiləş­dirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Hazırda kitabın 3-cü cild üzərində iş aparılır. 

Redaksiya həmçinin, “Bakı Xəbər” qə­zeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olan­ların adlarının və xatirələrinin əbədiləş­dirilməsi məqsədilə bir neçə kitab nəşr edib. Eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkilib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır. 

Ə.ƏLİYEV
XQ

Son xəbərlər