Söyüdlü komissiyasının növbəti iclası

post-img

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclas­da Gədəbəy rayonunun Söyüd­lü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin (AIMC) mədən ərazi­sində ekoloji monitorinqin keçi­rilməsi, sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi üzrə qiymət­ləndirilmənin aparılması məqsə­dilə dəvət olunmuş dağ-mədən sektorunda beynəlxalq təcrü­bəyə malik Böyük Britaniyanın “Micon” International Co Limited Şirkətinin keçirdiyi monitorinqlə­rin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə edilib. 

Ə.Əsədov Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə iyunun 20-də Gədəbəy rayonunun Sö­yüdlü kəndində yaranmış xoşa­gəlməz hadisə ilə əlaqədar bey­nəlxalq şirkət tərəfindən ərazidə monitorinqlərin aparılması, ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələlərinin qiymətləndirilmə­sinə dair müvafiq tapşırıq verdi­yini bildirib.

Komissiyanın sədri, ekologi­ya və təbii sərvətlər naziri Mux­tar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə son iki ay ərzində aparılmış monitorinqlərin nə­ticələri və bu müddət ərzində görülmüş işlər barədə hesabat verib.

Qeyd edilib ki, əhalini na­rahat edən məsələlərin həlli istiqamətində verilən tapşırı­ğın təxirəsalınmadan icrası ilə əlaqədar “Micon” International Co Limited Şirkəti” Azərbaycana dəvət olunub və 2023-cü il 25 iyul–1 avqust tarixlərində bey­nəlxalq şirkətin ekspertləri tərə­findən Gədəbəy mədən sahəsi və ətraf ərazilərdən – Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıx­dam kəndləri və Qumlu yaşa­yış massivində müstəqil mo­nitorinqlər keçirilib, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülmüş, atmosfer havasında zərərli qaz­ların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsi ölçülüb.

Belə ki, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürü­lüb, su keyfiyyəti üzrə monito­rinq məlumatları 35 parametr üzrə (suda sianidin miqdarı, ümumi, sərbəst və zəif turşu­lu mühitdə dissosiasiya olunan miqdarları) təhlil edilib. 

Gədəbəy mədən sahəsin­dən və ətraf ərazilərdən, o cümlədən, tullantı anbarı və boru kəməri dəhlizi ətrafında­kı sahələrdən və ətraf yaşayış məntəqələrindən, ümumilikdə, 29 nöqtədən torpaq nümunələri götürülərək 17 parametr üzrə (pH göstəricisi, sulfatlar, kalsi­um, maqnezium, ümumi sianid, radiasiya və s.) təhlillər həyata keçirilib. 

Gədəbəy mədən sahəsi və ətraf yaşayış məntəqələri daxil olmaqla, 8 nöqtədə portativ qaz, toz, səs-küy, vibrasiya və radioaktivliyi ölçən analizatorlar vasitəsilə havanın keyfiyyətinin monitorinqi üzrə ümumilikdə, 32 ölçmə işi yerinə yetirilib.

“Micon” International Co Limited Şirkəti” tərəfindən hazır­lanan hesabatda “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin sağlamlıq, ətraf mühit, əmə­yin mühafizəsi və yerli icma­larla əlaqələrin idarə edilməsi məsələlərində fəaliyyətinin ça­tışmayan tərəflərinin qiymətlən­dirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, nümunələrin təh­lillərinə əsasən, su obyektlərin­də bir sıra göstəricilərin norma­dan artıq olduğu aşkarlanmış, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbə­yi olmaması müəyyənləşdirilib. 

İstehsal və yaşayış sahələ­rində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin oldu­ğu qeydə alınıb. Qeyd olunan göstəricilər yol verilə bilən qa­tılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər. 

Vurğulanıb ki, eyni zaman­da, istehsal sahəsi və ətraf ərazilərdən götürülmüş torpaq nümunələrində bir sıra göstə­ricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və ta­rixi mədənçiliyin mövcudluğu ilə izah edib. 

Müəssisənin 2016-cı ildə ha­zırlanmış sianidin idarə edilməsi planı mövcuddur, lakin planın yenilənməsi tövsiyə edilir. 

Bildirilib ki, əsas emal müəs­sisələrində qurğu və avadanlıq­ların köhnə olduğundan, mədən sahəsinin beynəlxalq standart­lara uyğunlaşdırılması üçün istismar, ekoloji, sosial və təh­lükəsizlik istiqamətlərində inves­tisiya yatırımı tələb olunur. 

Eyni zamanda, ərazidə mo­nitorinqlərin aparıldığı, qeydə alınan risklərin araşdırıldığı və əhalini narahat edən məsələlər­lə bağlı təxirəsalınmaz tədbir­lərin görülməsi istiqamətində “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağ­lamlığına, texnogen təhlükəsiz­liyə, istehsalatın modernləşdi­rilməsinə aid bir sıra tələblərin qoyulduğu və tövsiyələrin veril­diyi qeyd olunub.

“Azərbaycan Beynəlxalq Mə­dən Şirkəti” ərazidə monitorinq keçirən “Micon” International Co Limited Şirkəti”nin təhlil və töv­siyə xarakterli hesabatı ilə tanış olub və hesabatda göstərilən­lərlə razılaşaraq qeyd olunan tövsiyə və tapşırıqların icrası ilə bağlı müvafiq icra qrafiklərinin qısa müddət ərzində hazırlan­masını və təqdim olunmasını öz üzərinə götürüb.

Baş nazir Əli Əsədov yaxın günlərdə Komissiya tərəfindən Gədəbəy şəhəri, Söyüdlü, Ye­nikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivinin sa­kinləri, qeyri-hökumət təşkilat­ları və media nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi və əhalini narahat edən məsələlə­rin həlli, eyni zamanda, görülə­cək işlərlə bağlı tapşırıqlar verib.

Müvafiq tövsiyə və tapşırıq­lara uyğun olaraq “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərə­findən yenidənqurma, moder­nləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduq­dan və aidiyyəti dövlət qurum­ları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər. 

XQ

Son xəbərlər