Mübariz Qurbanlı Gürcüstanda rəsmi səfərdədir

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Səfər çərçivəsində M.Qurbanlı bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

Görüşdə iki ölkə arasında dini, mədə­ni və humanitar sahələrdə əlaqələrin inki­şaf perspektivləri müzakirə olunub. 

Sonda iki qurum arasında əməkdaşlı­ğa dair memorandum imzalanıb.

Sonra DQİDK-ın sədri Mübariz Qur­banlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Tbilisidəki Cümə məscidində olub.

Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) din xadim­ləri ilə görüşüb, məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə ediblər.

GMİ-nin sədri hacı Ramin İgidov Gür­cüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ət­raflı məlumat verib.

Mübariz Qurbanlı deyib ki, Azərbay­can dövləti Gürcüstanda yaşayan soy­daşlarımıza daim diqqət və qayğı göstə­rir. İslam dini icması da bu qayğıdan kənarda qalmayıb.

Elə həmin gün Azərbaycan nümayən­də heyətinin üzvləri Tbilisidəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, ümummilli liderin xatirəsini ehtiramla anıblar. DQİDK sədri, həmçinin Tbilisidə­ki Qəhrəmanlar Meydanında Gürcüsta­nın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidəki Botanika bağında azərbaycanlıların panteonunu da ziyarət ediblər.

***

Gürcüstanda səfərdə olan Dini Qu­rumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 26-da Tbili­sidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

Muzeyin elmi işçisi Leyla Əliyeva nü­mayəndə heyətinə M.F.Axundzadənin həyat və fəaliyyəti, muzeydə saxlanılan Azərbaycan mədəniyyətinin, incəsənə­tinin, ədəbiyyatının nümunələri, burada yaradılan digər guşələr, eləcə də muzey­də Azərbaycan mədəniyyətinin, dilinin təbliği, tədrisi ilə bağlı təşkil olunan kurs­lar barədə ətraflı məlumat verib.

M.Qurbanlı muzeyə Qurani Kərim və digər qiymətli kitablar hədiyyə edib.

XQ

Son xəbərlər