Ermənilər Ermənistana maneəsiz gedirlər

post-img

Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olu­nur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaş­madıqlarını, könüllü şəkildə getdiklərini bil­diriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.

Qeyd edək ki, Azərbaycanın polis əmək­daşları Qarabağda yaşayan erməni sakinlərin­dən birinin avtomobilində yaranmış proble­min aradan qaldırılmasına kömək ediblər.

XQ

Son xəbərlər