Qoca və xəstə ermənilərə tibbi xidmət göstərilir

post-img

2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. 

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müza­kirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddət­də humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasın­dan razılıq ifadə olunub. 

Qarabağın erməni sakinləri ilə təmas­lar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçi­riləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələ­rində tənha vəziyyətdə müəyyən edil­miş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib. 

Azərbaycan Respublikası Baş na­zirinin müavini Şahin Mustafayevin so­sial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamət­lərini müəyyən etmək məqsədilə Xankən­di şəhəri də daxil olmaqla, ərazidə kom­munal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayən­dələrlə görüşünün təşkili və birgə işçi qru­punun yaradılması barədə razılıq əldə olunub. 

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospita­lında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması tək­lif edilib. 

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatı­na ehtiyacı olan şəxslərə zəruri tibbi yardı­mın göstərilməsinə hazırlıq ifadə olunub. 

Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səy­yar birgə həkim briqadalarının formalaşdı­rılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin va­cibliyi vurğulanıb. 

Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçilə­ri və ictimai fəalların Bakıya və ya Azər­baycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də eti­mad quruculuğu tədbirlərinin həyata ke­çirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülmüş işlərin yekunlarının müza­kirəsi və gələcək addımları müəyyənləş­dirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Son xəbərlər