Baş prokuror Londonda

post-img

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londona işgüzar səfərə gedib.

Konfransın açılış mərasimində İn­giltərə və Uelsin Baş prokuroru Viktoriya Prentis, Kral Prokurorluq Xidmətinin rəh­bəri Maks Hill və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Xuan Batista Mahikes qonaqları salamlayaraq, tədbirin cinayətkarlığın müasir təzahürlərinə qar­şı mübarizədə beynəlxalq əməkdaşlığın uğurla davam etdirilməsinə müsbət töhfə verəcəyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Sentyabrın 25-də konfransın plenar sessiyasında çıxış edən Baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı isla­hatlardan danışaraq, müasir dövrdə pro­kurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əmək­daşlığın önəmindən bəhs edib.

Bundan başqa, konfrans çərçivə­sində Kamran Əliyev Türkiyə, Səudiyyə Ərəbistanı, Fələstin, Tailand, Gürcüstan, Lixtenşteyn, Moldova, Tacikistan və digər dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib. İkitərəfli hüquqi əlaqələ­rin genişləndirilməsi məsələləri müzakirə olunmaqla yanaşı, Baş prokuror sentyab­rın 19-da Müzəffər Ali Baş Komandan İl­ham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti­terror tədbirləri barədə həmkarlarını mə­lumatlandırıb.

Baş prokurorun Londona işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Milli Cinayət Agentliyində (NCA) ikitərəf­li görüş keçirilib. Əməliyyatlar üzrə Baş direktor Rob Consla görüşdə ölkələrimiz arasında transmilli cinayətkarlıqla, o cüm­lədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və sair mütəşəkkil cinayətlərə qarşı effektiv mübarizə məsələləri müza­kirə olunub.

Görüşdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süley­manov iştirak edib.

Nümayəndə heyətinin Birləşmiş Krallı­ğa səfəri davam edir.

XQ

Son xəbərlər