Heydər Əliyev Fondu millət vəkili Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb

post-img

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi fond tərəfindən nəzarətə götürülüb.

Fondun təşkilatçılığı ilə Türkiyə Cüm­huriyyətindən yüksəkixtisaslı reanimato­loq həkim dəvət olunub. Həmin mütəxəs­sis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımi məsləhətlər verilib.

“Hazırda xəstənin müalicəsi Reani­masiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbir­lər həyata keçirilir. Müalicə zamanı tib­bin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyə Cüm­huriyyətinin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxla­nılır və konsultasiyalar aparılır,” – deyə yayılan məlumatda bildirilir.

Xatırladaq ki, sentyabr ayının 23-də millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Kli­nik Xəstəxanaya təxliyə olunub.

XQ

Son xəbərlər