Xankəndidə yaralananlara tibbi yardım göndərilib

post-img

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Məlumatlara əsasən, hadisə nəticə­sində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazi­matlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsi­cilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Son xəbərlər