Qərbi Azərbaycan – qədim yurd yerimiz

post-img

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri akademik İsmayıl Hacıyev vaxtilə ermə­nilərin əzəli ərazilərimizə məqsədli köçürüldüyünü, sonralar onların tarixi torpaqlarımıza sahiblənərək, xalqımıza qarşı kütləvi qırğınlar, deportasiyalar həyata keçirdiklərini bildi­rib. Qeyd edilib ki, havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda ümumilikdə 704 kəndin türkmənşəli adını dəyişib, zaman-zaman soydaşla­rımızı doğma torpaqlarından didərgin saldıqdan sonra 500-dək azərbaycanlı kəndini dağıdıb, bölgəni süni şəkildə er­məniləşməyə məruz qoyublar.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitu­tunun əməkdaşlarından Musa Quliyev “Göyçə-Dərələyəz elegiyası”, Toğrul Xəlilov “Qərbi Azərbaycanın qayaüstü təs­virlərinin Naxçıvan paralelləri”, Sara Hacıyeva “Qərbi Azər­baycanın qoç və qoyun heykəlli qəbirüstü abidələri”, Aysel İsmayılova “Qərbi Azərbaycanın tarix-memarlıq abidələrində erməni vandalizminin izləri” mövzusunda məruzələr ediblər.

Erməni vandalizminə məruz qalmış Sərdar qalası, Sər­dar məscidi, Abbas Mirzə məscidi, Aşıq Ələsgərin qəbirüstü abidəsi və başqa tarix-memarlıq abidələrimizin inşa tarixi, memarlıq xüsusiyyətləri və dağıdılması barədə məlumat ve­rilib.

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Son xəbərlər