“Köhnə liman”da yeni sərgi

post-img

Fransanın Bretani regionunun Vann (Vannes) şəhərindəki “Köhnə liman”da tanınmış fotojurnalist Reza Deqatinin “Sükutun dərinliyi” adlı sərgisi təşkil edilib. 

Sərgidə fotoqrafın Şuşa, Ağdam, Qobustan, Tərtər və Oğuzda çəkilmiş fotoları nümayiş olunur. Həmin fotolar ara­sında erməni işğalı zamanı viran edilmiş Ağdam və digər əzəli yurd yerlərimizi əks etdirən düşmənin nə qədər vəhşi və amansız olduğunu göstərir, vandalizmə nifrət oyandırır. 

Sərgidəki fotolar arasında Azərbaycan multikulturalizmi­ni əks etdirən fotolara da yer verilib. Görüşdə Reza Deqa­ti və həyat yoldaşı Raşel Deqati də fotoların tarixçəsindən danışıblar. Ziyarətçilər sərgi zalında yerləşdirilmiş ekran­da müəllifin fəaliyyəti və çəkdiyi fotolar haqqında məlumat verən videoçarxı da maraqla izləyiblər. 

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət