1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Qeyd edək ki, həmin 442 nömrəli tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan həmin tankı ermənilər rəngləyib, Xankəndi–Şuşa yolunun üzərindəki təpədə yerləşdiriblər.
Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.
XQ