Gürcüstan deputatları Milli Məclisdə

post-img

Dünən Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlament­lərarası əlaqələr üzrə işçi qrupunun rəh­bəri Arzu Nağıyev ölkələrimiz arasındakı tarixin dərinliklərindən gələn dostluq, qardaşlıq və mehriban qonşuluq münasi­bətlərindən söz açıb. Həmçinin Azərbay­canın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edilib. 

Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azər­baycanda olmaqdan məmnunluğunu ifa­də edərək, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan imkanları bü­tün sahələrdə, o cümlədən mədəniyyət platformalarında dəstəkləməyə hazır ol­duqlarını bildirib.

Görüşün sonunda Arzu Nağıyev və Eliso Bolkvadze “Azərbaycan Respubli­kası Milli Məclisinin Mədəniyyət komitəsi ilə Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

XQ

Son xəbərlər