Bakı Təşəbbüs Qrupunun BMT konfransı

post-img

BMT Baş qərargahında Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə keçirilmiş "Dekolonizasiya: Sakit İnqilab” konfransında yekun bəyanat qəbul olunub.

"Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələn­dirmə Bürosunun nazirlər görüşü çər­çivəsində 6 iyul 2023-cü il tarixində Ba­kıda keçirilmiş ilk tədbirdə, tərəflər Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair razılığa gəlmiş və müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlığın davam etdiril­məsinə hədəflərini ifadə edib.

“Dekolonizasiya: Sakit İnqilab” kon­fransının iştirakçıları Bakı Təşəbbüs Qrupunu rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təbrik edib və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təş­kilatı yanında Daimi Nümayəndəliyinin (Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun sədri qismində) dəstəyi ilə konfransın təşkilinə görə minnətdarlıqla­rını bildiriblər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvade­lupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun katibliyi və Bakı Təşəbbüs Qrupunun nümayəndələri Birləşmiş Mil­lətlər Təşkilatının və Qoşulmama Hərə­katının Nizamnaməsinin əsas prinsip­lərinə, həmçinin, dekolonizasiyaya dair müvafiq qətnamələrə sadiq olduqlarını bildirib və müstəmləkəçilik altında olan bütün millətlərin azad edilməsindən əvvəl dekolonizasiya prosesinin tamamlanma­sının vacibliyini bir daha vurğulayıblar.

Beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğ­runda mübarizə aparan xalqlara dəstək vermək BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas hədəflərindən birini təşkil edir.

Bu, müstəmləkəçilikdən əziyyət çəkən xalqların milli müstəqilliyi uğrunda mübarizədə qarşısına qoyduğu çoxsaylı çağırışlara, tarixən Fransanın müstəm­ləkə gücü ilə insan, iqtisadi, ekoloji və mədəni cinayətlərə görə hüquqi təzminat tələbinə həmrəyliklə necə cavab vermək barədə səylərini birləşdirməyə qiymətli imkanlar verir.

Nyu-Yorkda təmsil olunan Yeni Kale­doniya, Fransız Polineziyası, Martinika, Qayana və Qvadelupa müstəqillik və millətçi hərəkatları dünyaya, eləcə də bu gün Baş qərargahında olduqları BMT başda olmaqla beynəlxalq təşkilatlara təcili müraciətlə çıxış edərək xalqlarının mənafeyinə uyğun olaraq azadlıq hüquq­larına, təzminat və inkişaf kimi əsas səy­lərinin dəstəklənməsi üçün səslərini ən yüksək səviyyədə ucaltdılar.

Biz Noumea Müqaviləsi ilə başlayan dekolonizasiya prosesi üzrə FLNKS-nin 3-cü referendumun etirazını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək qə­rarını dəstəkləyirik.

Fransız Qvianası, Martinika və Qva­delupa ilə əlaqədar isə biz tələb edirik ki, bu ölkələr Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya prosedurları üzrə ölkələr siyahısına yenidən daxil edilsin.

Fransa Respublikası Maohi Nuinin müstəmləkədən azad olacaq ölkələr siyahısına yenidən yazılmasından son­ra, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər il Fransız Polineziyası, Maohi Nui bölgələrinə aid məsələlərdə boş kürsü rolunu oyna­yır. Biz Fransadan 2013, 2019, 2020, 2022-ci ildə qəbul edilən qətnamələrinin tələblərinə uyğun olaraq dekolonizasiya prosesi ilə bağlı danışıqlara başlamasını tələb edirik.

Bəşəriyyətimizin qlobal təhlükələrlə üzləşdiyi bir vaxtda, təşkilatımız təntənə­li şəkildə bəyan edir ki, müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvi və xalqlar arasında əməkdaşlığa, bərabər­liyə əsaslanan yeni dünyanın qurulması, qarşılıqlı hörmət və xalqların suverenliyi beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir.

Bakı Təşəbbüs Qrupu və Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki Fransa kolo­niyalarının təşkilatları xalqlarımız arasın­da zəruri həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının Dekolonizasi­ya üzrə Xüsusi Komitəsi və digər BMT orqanları ilə sıx əməkdaşlığın qurulması məqsədilə öz nəticəyönümlü fəaliyyətini davam etdirəcək”.

Son xəbərlər