Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

post-img

Sentyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İraq parlamentinin deputatı, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini doktor Cabbar Əl Kənaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Şeyxülislam A.Paşazadə Azərbaycanla İraq arasında tarixi köklərə söykənən qardaşlıq münasibətləri barədə danışıb, dini və mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.

QMİ sədri hələ ötən əsrin 70-ci illərindən başlayaraq İraqa səfərləri, dövlət rəsmiləri, nüfuzlu din alimləri ilə keçirdiyi çoxsaylı görüşlər barədə qonaqlara məlumat verib. 

QMİ sədri, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə danışıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İraq dövlətinə və xalqına minnətdarlığını bildirib. 

İraq parlamentinin deputatı Cabbar Əli Kənani səfərinin məqsədi, başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. 

XQ

 

Son xəbərlər