AZƏRTAC-ın Sinxua xəbər agentliyi ilə əməkdaşlığı genişlənir

post-img

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. 

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Sinxua agentliyinin baş katibi Jinq Ruyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. 

Vüqar Əliyev agentliyin fəaliyyəti barədə məlumat verib, Sinxua və Çinin digər KİV-ləri ilə sıx əlaqələrin olduğunu vurğulayıb. AZƏRTAC və Sinxua arasında əməkdaşlığın bu il 20 illiyinin tamam olduğunu diqqətə çatdıran İdarə Heyətinin sədri münasibətlərin yeni səviyyəyə yüksəldilməsinin önəmini qeyd edib. 

Sinxua xəbər agentliyinin baş katibi Jing Ruyue iqtisadi mövzuda informasiyaların mübadiləsinin önəmindən danışaraq, AZƏRTAC ilə bu sahədə əməkdaşlığı şaxələndirmək niyyətini önə çəkib.

Görüşdə, həmçinin iki agentlik arasında foto və video mübadiləsi, beynəlxalq informasiya platformalarında, o cümlədən AZƏRTAC-ın da həmtəsisçisi və üzvü olduğu “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı Platformasında birgə fəaliyyət məsələləri diqqətdə saxlanılıb. 

Qonaqlar AZƏRTAC-ın muzeyi, agentliyin binasında jurnalistlər üçün yaradılmış şərait ilə tanış olub, iş prosesini izləyiblər. 

XQ

 

Son xəbərlər