Baş Prokurorluq sülhməramlıların həlak olması ilə bağlı istintaq aparır

post-img

Bu il sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının sülhməramlı kontingentinin həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın beş hərbi qulluqçusu həlak olub.

Bundan başqa, həmin gün qeyd olu­nan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus “Kamaz” markalı av­tomobil qanunsuz erməni silahlı birləş­mələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nə­ticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Hər iki faktla bağlı Azərbaycan Res­publikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələ­ri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Dünən Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş ci­nayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparı­lacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

XQ

Son xəbərlər