79 nəfər Laçın yolundan sərbəst keçib

post-img

Bu gün Xankəndi–Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

XQ xəbər verir ki, bu gün məntəqə­dən növbəti dəfə 79 şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər.

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var. Həmin şəxslərin sənəd­ləri yoxlanılıb və sərbəst hərəkətləri tə­min olunub.

Bu, bir daha mülki ermənilərin sər­həd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermə­nistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Son xəbərlər