YAP nümayəndə heyətinin Çin görüşləri

post-img

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun rəhbərlik etdiyi heyət Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin departament müdirinin müa­vini Li Cünfu, şöbə müdirinin müşaviri Cao Şiton, təşkilat şöbəsinin gənc kadrların ha­zırlanması departamentinin müdir müavini Sie Şenli ilə görüşüb. Görüşlər zamanı Azərbaycan və Çin arasında münasibətlərin inkişafından söhbət açılıb. Vurğulanıb ki, milli maraqları əsas götürən, bərabərhüquqlu tərəfdaşlığa malik iki dost ölkə bir-birini beynəlxalq platformalarda dəstəkləyir. 

Qeyd olunub ki, Çin–Azərbaycan münasibətlərinin inkişafı və ÇKP ilə YAP ara­sındakı əlaqələrin dərinləş­dirilməsi dövlət rəhbərlərinin diqqət mərkəzindədir. Eyni zamanda, Cənubi Qafqaz re­gionundakı proseslər müza­kirə olunub və bir daha Çinin Azərbaycanın ərazi bütövlü­yünü, suverenliyini dəstəklə­diyi ifadə edilib. 

“Partiyanın gənc nü­mayəndələrinin yetişdirilmə­si” mövzusunda aparılan fikir mübadiləsi zamanı Azərbay­canda həyata keçirilən gənc­lər siyasəti haqqında ətraflı məlumat verilib, gənclərlə işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu diqqətə çatdırılıb. 

YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib, nadir tarixi-memarlıq abidələrindən və maddi mədəniyyət nü­munələrindən olan Böyük Çin səddində olub. 

XQ

Son xəbərlər