Şüvəlanda təmizlik aksiyası

post-img

Dünən çimərlik mövsümünün yekunlaşması ilə əlaqədar növbəti sahilyanı təmizlik aksiyası təşkil olunub.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respubli­kasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC, PADI dalğıc mərkəzinin Azər­baycandakı səlahiyyətli nümayəndəsi “Baku scuba”, Bakı Dövlət Universiteti və BMT-nin Azərbaycandakı nümayən­dəliyinin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyində keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərdə məişət tullantılarının qalaq­lanmasının qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. İlk dəfə olaraq dalğıcların iştirakı ilə Xəzər dənizinin sa­hilyanı ərazisi ilə yanaşı, sualtı hissəsi də tullantılardan təmizlənib.

"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş ak­siya iştirakçıları çimərlik ərazisindən top­ladıqları tullantıları Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər. 

Xatırladaq ki, Heydər Əliyev Fondu­nun vitse-prezidenti, IDEA İctimai Birliyi­nin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və yüzlərlə könüllünün iştirakı iləson vaxtlar baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənir və vətəndaşların istifadəsinə verilir. 

XQ

Son xəbərlər