Türkiyəli iş adamları ilə işgüzar görüş

post-img

Naxçıvan şəhərində türkiyəli iş adamları ilə növbəti işgüzar görüş keçirilib. Görüşdə muxtar respublikanın iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahələri ilə bağlı ətraflı məlumat verilib, qardaş ölkə sahibkarlar ilə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, tarixi ənənələrə sadiq qalan Azərbaycan və Türkiyə ara­sında bu gün həyatın bütün sahələrində, o cümlədən iqtisa­diyyat, turizm, aqrar istiqamət­lərdə mehriban dostuq, qar­daşlıq prinsiplərinə əsaslanan əlaqələr inkişaf edir. Muxtar respublikası da ticarətdə, məh­sul idxal-ixracında mərkəz ro­lunu oynamaqla, bu əlaqələrin güclənməsinə töhfələr verir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqra­mı” barədə məlumat verən nazir deyib ki, proqramın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkə­zinə çevirməkdir. 

XQ

Son xəbərlər