Vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb

post-img

Bu il sentyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 4 min yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.

Yanvar-avqust aylarında kommersiya qurum­larının 63 faizi elektron qaydada, 37 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

XQ

İqtisadiyyat