1700-dən çox fermerə subsidiya verilib

post-img

Aqrar Subsidiya Şurasının (ASŞ) qərarı ilə muxtar respublikada 1702 kənd təsərrüfatı məhsulları istehsalçısına yazlıq əkin üçün subsidiya verilməsinə başlanılıb.

Bununla bağlı ASŞ-nin iclasında ötən dövrdə yaz əkinləri üçün subsidiya almaq məqsədilə təqdim olunan sənədlərin araşdırılması zamanı bir sıra nöq­sanlara yol verildiyi də diqqətə çatdırılıb. Lakin keçid dövrü nəzərə alınaraq istehsalçıların subsidiyadan məhrum edilməməsi zəruri sayılıb. 

Bildirilib ki, artıq növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edil­məyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyə­cək. Subsidiyalarla bağlı sənədləşdirmə məsələlə­rində bundan sonra rayon, şəhər icra hakimiyyəti orqanları ilə birlikdə Naxçıvan, Şərur və Culfa Regi­onal Dövlət Aqrar İnkişaf mərkəzləri də müvafiq tən­zimləmələr aparacaq, istehsalçılara bu istiqamətdə dəstək göstəriləcək. 

İclasda muxtar respublika üzrə 1702 nəfər kənd təsərrüfatı mahsulları istehsalçısına yaz əkinləri üçün, ümumilikdə, 93 min 927 manat məbləğində subsidiya verilməsi müəyyənləşdirilib.

XQ

İqtisadiyyat