Ceyhun Bayramov yeni səfirlərlə görüşüb

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ömər Al Naharla da görüşüb. Səfir etimadnaməsinin surətini nazir nazirə təqdim edib.

Ceyhun Bayramov iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin, yüksək səviy­yəli qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusilə vurğulayıb.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Ömər Al Nahar diplomatik fəaliyyəti dövründə İordaniya–Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylə­rini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

***

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib. 

Nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siya­si, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və sair sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibət­lərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. 

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 

XQ

Son xəbərlər