Ermənistanın kvadrokopteri zərərsizləşdirilib

post-img

Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsindən qaldırdığı kvadrokopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, hava hücu­mundan müdafiə bölmələrimizin aşkar etdiyi kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

XQ

Son xəbərlər