Müdafiə Nazirliyinin məlumatı

post-img

HHQ-nin qüvvələrinin aviasiya vasitələri təlim-məşqdə 

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmil­ləşdirilməsi məqsədilə keçirilən tə­lim-məşq uçuşları davam edir.

Müdafiə Nazirliyindən XQ-yə bildi­rilib ki, plana uyğun olaraq heyətə təh­lükəsizlik qaydaları çatdırıldıqdan son­ra, müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşı­rıqlar icra olunub. Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıq­lar yüksək peşəkarlıqla yerinə yetirilib.

***

Sentyabrın 16-sı saat 13:00 ra­dələrində Rusiya sülhməramlı kontin­gentinin müvəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Ağdam rayonu istiqamətində yer­ləşən mövqelərinin qarşısında səngə­rin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

XQ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz təd­birlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

***

Həmin gün saat 19:50 radələrin­də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Gədəbəy rayonunun Əyrivəng yaşa­yış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silah­lardan atəşə tutub.

Bu barədə XQ-yə Müdafiə Nazirliyin­dən məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərə­findən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Son xəbərlər