Xarici ölkələrin baş prokurorları Şuşa və Füzulidə

post-img

MDB ölkələrinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Azərbaycana gəlmiş nümayəndə həyətləri və bu qurumların təmsilçiləri Şuşa və Füzuliyə səfər ediblər.

Baş Prokurorluğun mətbuat xidmə­tindən redaksiyamıza bildirilib ki, Özbə­kistan, Qazaxıstan və Qırğızıstanın Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmə­nistan Baş prokurorunun müavini Allana­zar Nyazlıevin rəhbərlik etdiyiheyətlər, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı­nın Baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşada Cıdır düzü, Yuxarı və Aşağı Göv­hər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələ­rini ziyarət ediblər. Onlar erməni vanda­lizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımız­da görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Mərkəzi meydanda qonaqlara Natə­van, Bülbül və Üzeyir Hacıbəylinin gül­lələnmiş heykəllərinin tarixçəsi barədə məlumat verilib. Heydər Əliyev Fondu­nun bərpa etdiyi Yaradıcılıq Mərkəzində isə səfər iştirakçıları “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Sonra Füzuli rayonuna gedən qo­naqlar buarada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər so­sial təyinatlı obyektlərlə tanış olublar. On­lar Özbəkistan dövlətinin hədiyyəsi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə də gediblər.

XQ

Son xəbərlər