MDB dövlətlərinin daxili işlər nazirlikləri arasında əməkdaşlıq genişlənir

post-img

Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leyte­nantı İsmət Əliyevin rəhbərlik etdiyi nü­mayəndə heyəti iclasda iştirak edib. 

İclasda birlik ölkələrinin daxili işlər nazirlikləri arasında əməkdaşlığın prio­ritet məsələlərinə baxılıb, birgə əməliy­yat-profilaktik tədbirlərin və xüsusi əmə­liyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanma­sı ilə başa çatıb.

XQ

Son xəbərlər