Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb

post-img

Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransı dünən öz işini yekunlaşdırıb.

Çolpon-Atada təşkil olunan konfrans­da ölkəmizi Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov təmsil edib. O, çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. 

Ç.Əsgərov Ermənistanın 30 illik iş­ğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Kon­vensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edil­məsinə görə ölkəmiz tərəfindən Ermənis­tana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb. 

Konfransda Azərbaycan Prezidenti­nin “yaşıl enerji” siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub. 

XQ

Son xəbərlər