“Ulduz” ədəbiyyat dərgisinin sentyabr sayı işıq üzü görüb

post-img

Jurnal Günel Mehrinin “Özüylə söhbəti” və “Doğum günü” hekayəsi ilə açılır.

“Şeir vaxtı” rubrikasında Seyid Aynur, Ceyhun Ötkəm, Aydın Arslan, İnqilab Orxan, Xuraman Hüseyn, Süleyman Abdulla və Sevinc Yunuslu kimi müəlliflərin poeziya nümunələri yer alıb.

“Nəsr” rubrikasında isə Anar Adilin “Səmadan məktub”, Kə­nan Hacının “Buynuz qəziyyə­si”, Bəhruz Niftəliyevin “Bətn və batin”, Aysel Fikrətin “Kaktus” və “Məscidin dəlisi”, Nurlana İşığın “Burulğan” hekayələri, eləcə də Əlizadə Nurinin “Ver sözə ehya ki...” essesi dərc edi­lib. “Təbriz eli” rubrikasında Əli Çağlanın “Liman” hekayəsi təq­dim olunur.

“Tərcümə saatı”nda yer al­mış ABŞ yazıçısı Barbara Uol­kerin “Dişi canavar” hekayəsini Bakı Dövlət Universitetinin ll kurs tələbəsi Alsu orijinaldan tərcümə edib. “Yazı masası”­nın növbəti qonağı bu günlərdə 60 yaşını qeyd edən tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş re­daktoru Azər Turandır. Profes­sor Rüstəm Kamalın “Azər Tu­ran: Məfkurənin və Sözün işığı” essesi də yubilyarın çoxşaxəli yaradıcılğına işıq tutur.

“Ulduz” jurnalı ilə “525-ci qəzet”in ortaq layihəsi çərçi­vəsində ərsəyə gələn və Məti Osmanoğlunun təqdimatında hazırlanan “Gənc yazarlar üçün nəzəriyyə dərsi” bu dəfə Kons­tantin Balmontun “Poeziya sehr kimi” traktatına, ümumilikdə isə simvolizm ədəbi cərəyanına həsr edilib. Filologiya üzrə fəl­səfə doktoru Elnarə Qaragözo­vanın “Çağdaş nəsrimizin yeni imzaları “Ulduz”un şəfəqləri altında” sərlövhəli yazısında, “Ulduz” jurnalının iyun sayında dərc edilmiş ədəbi nümunələr təhlil edilir.

Nəhayət, “Dərgidə kitab”da Xalq yazıçısı Natiq Rəsulza­dənin “Əminə” uzun hekayəsi, “Dərgidə sərgi”də isə Dəniz Bəhruzlunun rəsm nümunələri yer alıb.

Ə.DOSTƏLİ
XQ

Son xəbərlər