Astronavtika konqresinə hazırlıq davam edir

post-img

Dünən yerli media nümayəndələri üçün oktyabrda Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı brifinq təşkil olunub. 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bay­ramov, Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova tədbirin məqsəd və fay­daları, qeydiyyatdan keçmiş kos­mik şirkətlər, həmçinin KİV təm­silçilərinin tədbirdə iştirakı barədə məlumat veriblər.

Qeyd olunub ki, qlobal kosmik arenanın bir parçası olan Azər­baycan oktyabrın 2–6-da “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqre­sinə ev sahibliyi edəcək. 

Tədbirin keçirilməsi üçün Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi ərazisində Sərgi pavilyonunun tikintisi davam etdi­rilir. Bakı konqresinə bu günədək 31 şirkətin sponsorluğu qeydə alı­nıb. Sərgi pavilyonunda 36 ölkə­dən 150 şirkətin stendi olacaq. Tədbir çərçivəsində konfranslar, 190 texniki sessiya və sərgilər ke­çiriləcək.

XQ

Son xəbərlər