Azərbaycan və Belarusun baş prokurorları cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər

post-img

Paytaxtımızda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə XQ-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluqda keçirilmiş görüşdə iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradələri sayəsində mümkün olduğu qeyd olunub.

Azərbaycan Respublikasının Baş prokuroru ölkəmizdə qanunun aliliyinin təmin olunması və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.

Nümayəndə heyətinin rəhbəri Andrey Şved təmsil etdiyi qurumun Azərbaycan ilə qarşılıqlı səmərəli əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, iki ölkənin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.



Son xəbərlər