Rusiyada qonşularla münasibətlər müzakirə edilir

post-img

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bugünkü iclasında qonşu və müttəfiqlərlə münasibətlərin inkişafı, eləcə də uzaq xaric ölkələri ilə münasibətlərdə Rusiyanın maraqlarının təmin edilməsi kimi məsələləri müzakirəyə çıxarmağı təklif edib. Məlumatı “İzvestiya.ru” verib. 

Dövlət başçısı bildirib: “Bu gün gündəlikdə bir neçə məsələ var, onlar bizim yaxın qonşular və müttəfiqlərlə münasibətlərin inkişafına aiddir”.

O qeyd edib ki, bugünkü müşavirədə bir neçə məruzəçi olacaq. Bundan sonra Rusiya lideri sözü Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkinə verib. 

Paşa ƏMİRCANOV
XQ

Siyasət