Lavrov: NATO-nun Cənubi Qafqaza nüfuz etməsi yaxşı deyil

post-img

Rusiya Şimali Atlantika Alyansı ölkələrinin Cənubi Qafqaza “nüfuz etmək” cəhdlərində yaxşı heç nə görmür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimləri şərh edərkən deyib.

"Əlbəttə, NATO-nun təcavüzkar ölkəsinin Zaqafqaziyaya nüfuz etməyə çalışmasında yaxşı heç nə yoxdur. Düşünmürəm ki, bu, kimsə üçün, o cümlədən Ermənistanın özü üçün yaxşıdır", - deyə rusiyalı nazir TASS-ın sualına cavabında bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin bildirib ki, Rusiya Ermənistan rəhbərliyinin ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir. “Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik. Biz bu barədə dedik”, - Lavrov əlavə edib.

XQ

 

Son xəbərlər