Lavrov: Ermənistanın baş naziri Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu sənədi imzalayıb

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində olması haqqında sənəd imzalayıb.

Bunu sentyabrın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. Belə ki, Rusiya xarici işlər nazirliyinin rəhbəri Ermənistanda "Rusiyanın Dağlıq Qarabağı Azərbaycana verməkdə" ittiham olunması ilə bağlı sualı cavablandırıb.

Lavrovun vurğulayıb ki, Rusiyanı nəyəsə görə ittiham etməzdən əvvəl, öz hərəkətlərinizi özünüz qiymətləndirmək lazımdır. 

Rusiya XİN rəhbərinin sözlərinə görə, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycan dövlət başçıları Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin 2020-ci il noyabrın 10-da ilk üçtərəfli sazişi imzaladıqları faktına toxunub. “Bu, tamamilə doğru deyil. Orada Qarabağın statusu ilə bağlı, ümumiyyətlə, heç nə deyimir və o zaman hər üç lider ondan çıxış edirdilər ki, bu statusla bağlı hələ əlavə danışıqlar aparılmalıdır.

Amma sonradan Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin dəvət olunduğu Praqada hər ikisi 1991-ci il Alma-Ata Bəyannaməsini tanıdıqlarını bildirən bəyanat imzaladılar, bu qədər, məsələ bağlanıb. Ermənistanın baş naziri o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində olması haqqında sənəd imzalayıb. Və bizi 2020-ci il noyabrın 10-da, guya, Qarabağı “vermək”də ittiham etməyə ehtiyac yoxdur. Biz xalqımız qarşısında müstəqil şəkildə cavab verməliyik”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Siyasət