“Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid

post-img

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi–Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib.

XQ xəbər verir ki, ümumilikdə bu nəq­liyyat vasitələri ilə 30 nəfərin məntəqə­dən maneəsiz keçidinə şərait yaradılıb.

Onlardan 4-ü BQXK-nın üzvü, 9-u sü­rücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.

Bu, bir daha mülki ermənilərin sər­həd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin ol­mamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada sax­lanmasına dair iddialarının yalan və böh­tan olduğunu növbəti dəfə sübut edir.

***

Həmin gün Gorus–Xankəndi is­tiqamətində də “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sər­bəst keçidi təmin edilib.

Milliyyətcə erməni olan 4 mülki şəxsin keçidi Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının müşayiəti ilə baş tutub.

XQ

Son xəbərlər