Mədəniyyət nazirinin Pekin görüşləri

post-img

Çin Xalq Respublikasında səfərdə olan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının administratoru Li Çün ilə görüşüb.

Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini Li Çün ölkəsinin qədim mirasının qorunma­sı istiqamətində həyata keçirilən işlərdən danışıb. O, eyni zamanda, beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb.

Səmimi qəbula və nümayəndə heyə­tinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kə­rimli Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən İpək Yolunun birləşdirdiyini de­yib. 

Nazir A.Kərimli Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mü­badiləsinin vacibliyini vurğulayıb. Bu kon­tekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri ol­duğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri mü­zakirə olunub.

***

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Milli Kitabxanasında da olub.

Nümayəndə heyəti kitabxananın ki­tab fondu, nəşrlərin qorunması, oxucu­lara xidmət prosesi və burada fəaliyyət göstərən muzeylə tanış olub.

Qeyd edək ki, Azərbaycan Milli Ki­tabxanası ilə Çin Milli Kitabxanası ara­sında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Milli Kitabxanasında iki ki­tabxana arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədə əsasən, Azərbaycan Milli Kitabxanasın­da Çin daimi guşəsi yaradılıb. Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin yaradılması nəzərdə tutulur. 

Xatırladaq ki, müasir innovativ va­sitələrin geniş tətbiq olunduğu kitabxa­nada 1300 terabayt həcmində elektron resurs saxlanılır.

XQ

Son xəbərlər