DİN-in təşəbbüsü ilə konfrans

post-img

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Xəzri İstirahət və Sağlamlıq Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda növbəti konfrans keçirilib. 

Toplantıda DİN-in aidiyyəti qurum­larının əməkdaşları ilə yanaşı, Baş Pro­kurorluq, Ədliyyə, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri­nin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, QHT rəhbərləri və digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə azyaşlıların sağlam mühit­də tərbiyə olunması, gələcəkdə cəmiy­yətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə görülən və qarşıda duran məsələlərin həlli yolları müzakirə edilib.

Çıxışlarda uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, zorakılığa və qeyri-insani rəftara məruz qalması, eləcə də internet təhlükəsizliyi ilə bağlı tədbirlə­rin daim diqqətdə saxlanılmasının zəruri­liyi vurğulanıb. 

Bildirilib ki, gələcəyin xoşbəxt və sağ­lam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi mövqeyini nümayiş etdirməlidir. Tədbir çərçivəsində müzakirə olunan mövzular­la bağlı DİN və digər qurumların təklifləri səsləndirilib, hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin prioritet məsələlərdən olduğu qeyd olu­nub.

XQ

Son xəbərlər