Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Ermənistan Silahlı Qüvvələrinin qoşun hissələrinin cəmləşməsi müşahidə olunur.
XQ xəbər verir ki, bununla bağlı görüntüləri “Caliber” yayıb.
Kadrlarda uzun avtomobil və hərbi texnika karvanı, eləcə də hərbçilər dəstəsi görünür.
Bu fakt İrəvanın ölkəmizə qarşı növbəti hərbi təxribata hazırlaşdığını bir daha sübut edir.
XQ