Hikmət Hacıyev Binyamin Netanyahu ilə görüşüb

post-img

İsrailin Baş naziri Binyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş olub.

XQ xəbər verir ki, bu barədə Azər­baycanın İsraildəki səfirliyinin “X” sə­hifəsində bildirilib.

"Binyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevinsalamlarını və ən xoş arzularını Baş na­zirə çatdırıb. Görüşdə ölkələrimiz ara­sında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub", – səfirliyin məlumatında qeyd olunub.

***

Azərbaycan Prezidentinin kömək-çisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfəri çərçivəsində bu ölkənin Xarici İşlərNazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyinin “X” hesabında paylaşımında bildirilir ki, görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli əlaqələr, eləcə də iki ölkə arasında əməkdaşlığın ge­nişləndirilməsi perspektivləri müzakirə edilib.

XQ

Son xəbərlər