Humanitar yük 10 gündür Ağdam–Xənkəndi yolunda qalıb

post-img

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un məmulatı olan iki yük avtomobili 10 gündür Rusiya sülhməramlılarının Ağdam–Xankəndi yolundakı postunda gözləyir.

Cəmiyyətin əməkdaşları, könül­lülər ərazidə qurulan çadırlarda ge­cələyirlər. Onlar ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli sakinlərə çatdırmaq üçün israrlıdırlar.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

XQ

Son xəbərlər