Ceyhun Bayramovun Xorvatiya görüşləri

post-img

Dünən Xarici Işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Söhbət zamanı Azərbaycanla Xor­vatiya arasında əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafın­da fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaş­lıq və dostluq səviyyəsindəki əlaqələr­dən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək sə­viyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaş­lıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasız­laşdırma, alternativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan – Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.

Görüşdə regionda postmünaqişə reallıqları, Azərbaycan–Ermənistan sülh prosesi barədə müqabil tərəfə mə­lumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv tək­liflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.

***

Azərbaycanın Xarici Işlər naziri Ceyhun Bayramov sonra Xorvatiya­nın Xarici və Avropa Işləri naziri Qor­dan Qrliç Radman ilə görüşüb.

İki nazir arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyət­lərinin iştirakı ilə geniş tərkibli görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan – Xorvatiya mü­nasibətlərinin inkişafından məmnunluq ifadə edilib. 

Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən, Azərbaycan–Er­mənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Laçın – Xankəndi yolu ətrafında yayı­lan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. 

Xarici işlər nazirləri ADA Universite­ti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memo­randumu imzalayıblar.

Sonda tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış edib­lər.

***

Azərbaycanın Xarici Işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəs­mi səfəri çərçivəsində bu ölkənin Iq­tisadiyyat və Dayanıqlı Inkişaf naziri Davor Filipoviç ilə də görüşüb.

Söhbət zamanı tərəflər iki ölkə ara­sında iqtisadi-ticarət əlaqələri, eləcə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkan­ları ətrafında fikir mübadiləsi aparıb­lar. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dolları­na çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilmə­si və gücləndirilməsi üçün geniş pers­pektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə tərəflər postmünaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası is­tiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşı­lıqlı maraq doğuran digər məsələlər ət­rafında müzakirələr aparıblar.

XQ

Son xəbərlər