Müdafiə Nazirliyinin məlumatı

post-img

Dünən Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general Soner Oruçoğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə Nazirliyinin mət­buat xidmətindən XQ-yə bil­dirilib ki, müdafiə naziri onu ölkəmizdə fəaliyyətə baş­laması münasibətilə təbrik edib. Görüşdə hərbi, hər­bi-texniki, hərbi-təhsil və di­gər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçi­nin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı yeni təyin edilən hərbi attaşesi müda­fiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-pol­kovnik Kərim Vəliyev və Hərbi Dəniz Qüvvələrinin ko­mandanı vitse-admiral Süb­han Bəkirov ilə də görüşüb.

***

2023-cü il üçün ikitərəf­li hərbi əməkdaşlıq proq­ramına uyğun olaraq Mü­dafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu Gürcüs­tana səfər edib.

Səfər çərçivəsində Mü­dafiə Nazirliyinin Hərbi Po­lis İdarəsinin rəisi polkov­nik-leytenant Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis De­partamentinin rəisi polkovnik Kaxa Petriaşvili ilə görüşüb.

Görüşdə hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik, mövcud əməkdaşlığın inkişaf pers­pektivləri, eləcə də qarşı­lıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

***

Dünən saat 12:10 ra­dələrində Rusiya sülh­məramlı kontingentinin müvəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qey­ri-qanuni erməni silahlı dəstələri Azərbaycan Or­dusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaş­maq məqsədilə yeni sən­gər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mət­buat xidmətindən XQ-yə bildirilib ki, ordumuzun böl­mələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəti­cəsində aparılan işlər dərhal dayandırılıb. 

XQ

Son xəbərlər