Tiranada Ulu öndərin 100 illiyinə həsr olunmuş sərgi

post-img

Azərbaycan həftəsi çərçivəsində Tirananın Milli Tarix Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi açılıb. Sərgi ümummilli liderin həyat və irsini, Azərbaycan mədəniyyətini tərəqqiyə doğru aparan yolu ifadə edib.

Tiranaın Milli Tarix Muzeyində “Tərəqqinin memarı” adlı sərgi, eyni zamanda, Azərbay­can Milli İncəsənət Muzeyinin kolleksiyasın­dan görkəmli rəssamlar Maral Rəhmanzadə, Tofiq Cavadov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev və Hü­seyn Əliyevin əsərləri, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından Kamil Əliyevin müəllifi olduğu xalçalar və digər arxiv fotoşə­killər nümayiş olunub.

Azərbaycanın mədəniyyət nazirinin müavi­ni Fərid Cəfərov qeyd edib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələr uğurla inkişaf edir və Albaniyada Azərbaycan mədəniyyət həftə­sinin keçirilməsi qarşılıqlı mədəni münasibət­lərin əlamətdar hadisədir.

XQ

Son xəbərlər