“Zəngilan” tankeri bu ilin sonunadək istismara veriləcək

post-img

Qaradağ Sənaye Parkının rezi­denti Bakı Gəmiqayırma Zavodun­da inşa edilən “Zəngilan” tankeri­nin bu ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur.

Kimyəvi maddələrin daşınmasın­da istifadə olunacaq gəminin kon­sepsiyası Odessa dəniz mühəndisliyi bürosunun mütəxəssisləri tərəfindən hazırlanıb. Gövdəsi Bakı Gəmiqa­yırma Zavodunda inşa edilib. Gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don kanalından keçmək imka­nına malikdir. Texniki göstəricilərinə görə geniş imkanlara malik olan bu gəmi təyinatına görə neft və kimyəvi məhsullar daşıyan tankerdir.

Bundan əlavə, hazırda Bakı Gə­miqayırma Zavodunda ən nəhəng bo­rudüzən “İsrafil Hüseynov” gəmisində də təmir işləri aparılır. Bu gəminin Xəzər dənizində alternativi yoxdur.

Zavodun ən böyük uğurları “Ro-Pax” tipli akademik “Zərifə Əliyeva” və “Azərbaycan” bərə gəmiləridir. Yeri gəlmişkən, Orta Dəhlizin inkişa­fında Xəzər dənizi su magistralı kimi yeni bir dönəmə qədəm qoyur. Marş­rut böyükhəcmli yüklərin daşınması­na imkan verən gəmilərə də tələbatı artıracaq.

XQ

Son xəbərlər