Baş prokuror livanlı həmkarı ilə danışıb

post-img

Avqustun 29-da ölkəmizin Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri binaya atıblar. 

Qeyd olunan məsələ ilə bağlı Baş prokuror Kam­ran Əliyev Livanın Baş Prokuroru Qassan Ueydat ilə telefon əlaqəsi saxlayıb. 

Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsir­kar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub. 

Həmçinin, istintaqla bağlı Azərbaycan tərəfinin dəstəyi və əməkdaşlığı təklif edilib. 

Tərəflər məsələ ilə əlaqədar koordinasiyalı fəaliy­yətin aparılacağı barədə razılığa gəliblər.

XQ

Son xəbərlər