Qardaş ölkənin Zəfər bayramı

post-img

Dünən Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib. 

Mərasimdə dövlət və hökumət nü­mayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlə­ri, hərbi attaşelər, beynəlxalq təşkilat­ların təmsilçiləri, ictimaiyyət nümayən­dələri iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Prezident Rəcəb Tayyib Ərdoğa­nın 30 Avqust - Zəfər bayramı münasi­bətilə təbrik məktubunu oxuyub.

"İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın baş verdiyi bir zaman­da Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir. Türkiyə Azərbaycan­la Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalan­masını dəstəkləyir. Türkiyə və Azər­baycan hər zaman sülhün tərəfdarıdır", -deyə türkiyəli diplomat vurğulayıb.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Zəfər bayramı münasibətilə təbrik edərək, bu möhtəşəm qələbənin Türkiyənin şanlı tarixinin ən parlaq səhifələrindən biri ol­duğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan gene­ral-polkovnik əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna ro­lunu qeyd edib.

Sonda Zəfər bayramı münasibətilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin təbrik məktubu oxunub və film nümayiş olunub.

XQ



Son xəbərlər